Onlayn ictimai-siyasi qəzet
Donald Tramp ikinci prezidentlik müddətində günlərinin demək olar ki, 30 faizini qolf meydançalarında keçirib.
Musavat.com xəbər verir ki, bu hesablamanı Ağ Evdə prezidenti müşayiət edən jurnalistlər aparıblar.
Amerika mediasının hesablamalarına görə, prezidentliyinin ilk dörd ilində Tramp 307 gününü qolf meydançasında keçirib. Bu, onun ümumi prezidentlik müddətinin 25 faizinə bərabərdir. Bildirilir ki, bu hobbi uçuş və prezidentin təhlükəsizliyinə sərf olunan vəsaitlər nəzərə alınmaqla, Amerika vergi ödəyicilərinə demək olar ki, 150 milyon dollara başa gəlib.
Bu gün də Donald Tramp Virciniya ştatının Sterlinq şəhəri yaxınlığında yerləşən Tramp Milli Qolf Klubunda olub.
Musavat.com
02 Sentyabr 2025
02:59 Tramp ikinci prezidentlik müddətinin 30 faizini qolf meydançasında keçirib – Maraqlı hesablama
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ