İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ gəmilərində ilk dəfə “Patriot” ZRK yerləşdirildi

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisində ilk dəfə olaraq “Patriot” zenit-raket kompleksi (ZRK) quraşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Naval News məlumat yayıb. Xəbərə görə, yeni inteqrasiya gəminin raketdən müdafiə imkanlarını gücləndirir. İndiyədək gəmi əsasən Mk 70 buraxılış qurğusundan istifadə edirdi ki, bu da bahalı SM-3 və SM-6 raketlərinin buraxılmasına imkan verirdi.

Yeni sistem isə PAC-2 və PAC-3 raketlərini işə salmaq imkanı yaradır. Bu raketlər ballistik raketlərin, həmçinin təyyarə və helikopterlərin məhv edilməsi üçün nəzərdə tutulub.

“Patriot” ZRK-nın yerləşdirilməsi ekipaj üçün mövcud raket arsenalını əhəmiyyətli dərəcədə artırır və döyüş tapşırıqları zamanı əlavə üstünlüklər təmin edir. 

 

Musavat.com

photo_2025-09-01_23-07-05.jpg (193 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR