İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hindistan islam dünyasına düşmən kəsilib"

Xəbər verildiyi kimi, Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü bloklayıb. Anoloji addımı ölkəmizə qardaş dövlətlərdən sayılan Pakistan da Hindistanın "kiçik bacısı" Ermənistanla bağlı atıb.

Musavat.com xəbər verir ki, politoloq Aydın Quliyev bütün bunlarla bağlı fikirlərini bölüşüb. O, Dehlinin bu addımında sadəcə bir səbəb görür: "Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü ölkəmizin Pakistanla müttəfiqliyi səbəbindən blokladı. Gözlənilirdi ki, belə də olacaq.Hindistan bununla " can qardaşı" Ermənistanın da təşkilata üzvlüyünü əngəlləmiş oldu. Hər halda Pakistanın da Ermənistanın təklikdə üzvlüyünə imkan verməyəcəyi əvvəldən məlumdur.
Hindistan 1948- ci ildə BMT- nin məlum qərarından sonra islam dünyasına düşmən kəsilib. Pakistana münasibətdə başlamış və sonra bütün müsəlman dünyasına qarşı düşmənçiliyə çevrilmiş bu münasibət getdikcə daha da qatılaşmaqdadır. Düşmənçilik o həddədir ki, 1948 - ci ildə müstəqil İsrail dövlətinin yaradılmasının əleyhinə çıxış etmiş Hindistan sonradan mövqeyini tam dəyişərək İsrailin dostu və müsəlman ərəb dünyasının qatı düşməninə çevrildi.

Beləliklə, bu gün Hindistanın Azərbaycanın əleyhinə Ermənistanla sıx dostluğu həm ümummüsəlman düşmənçiliyindən qudalanır, həm də Pakistanla böyük dostluğumuzdan...".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR