Onlayn ictimai-siyasi qəzet
Kiyevə gecə hücumu zamanı Rusiya hətta Vyana Konvensiyasını pozaraq diplomatları da vurub. Hücum zamanı Avropa İttifaqının (Aİ) Ukraynadakı missiyasının binasına ciddi ziyan dəyib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində məlumat yayıb.
O qeyd edib ki, bu hücum Vyana Konvensiyasının birbaşa pozulmasıdır:
“Gecə hücumu zamanı Rusiya diplomatları da hədəf aldı. Aİ-nin Ukraynadakı missiyasına ziyan dəyib. Bunun üçün təkcə Aİ deyil, bütün dünya tərəfindən qınaq olunmalıdır”.
29 Avqust 2025
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ