İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var

Moskvada Mərkəzi Uşaq Mağazasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin özünün teleqram kanalında bildirib.

O, hadisənin avadanlığın texniki nasazlığı nəticəsində baş verdiyini və dəqiq səbəblərin istintaq orqanları tərəfindən müəyyən ediləcəyini qeyd edib.

Bundan əvvəl Moskvanın Səhiyyə Departamenti 3 nəfərin xəsarət aldığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR