İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dəfə İran başladı - hava məkanları bağlandı, raketlər uçdu

İran İsraillə müharibədən sonra ilk dəfə hərbi təlimlər keçirib. Maraqlıdır ki, bu həbi təlimlər gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmilərinin İranın uran ehtiyatları barədə prezident Donald Tramp administrasiyasını məlumatlandırmaq üçün ABŞ-a səfəri ərəfəsinə təsadüf edib.

Musavat.com Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, hərbi təlimlər səbəbindən İranın qərb bölgəsi mülki təyyarələr üçün demək olar ki, tamamilə bağlanıb. Hind okeanı və Oman körfəzindəki hərbi təlimlərdə dəniz, aviasiya və hava hücumundan müdafiə qüvvələri iştirak edib. Qeyd olunur ki, hazırkı manevrlər zamanı İran Hərbi Dəniz Qüvvələri İranın dənizdə yerləşən “Nasir” və “Qadir” qanadlı raketlərini, həmçinin quruda yerləşən gəmi əleyhinə “Qader” raketini uğurla sınaqdan keçirib.

Hind okeanı və Oman körfəzindəki təlimlər Tehranın ABŞ və İsraillə növbəti silahlı qarşıdurma mərhələsini gözlədiyi bir vaxtda baş tutub. Belə ki, İranın ali dini lideri Əli Xamneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, İsraillə yeni münaqişə hər an yenidən alovlana bilər.

“Biz atəşkəs rejimində deyilik, müharibə vəziyyətindəyik”, o qeyd edib. “Bizimlə ABŞ və ya İsrail arasında heç bir protokol, və saziş imzalanmayıb”.

Yəhya Rəhim Səfəvi qeyd edib ki, İran “ən pis ssenariyə hazır olmalıdır”.

İran rəsmiləri ayrıca, son iki ayda milli müdafiə sənayesinin İsraillə genişmiqyaslı münaqişə zamanı istifadə olunanlardan daha təkmil texniki imkanlara malik raketlər istehsal edə bildiyinə diqqət çəkirlər.

İranın müdafiə naziri Əziz Nəsirzadə avqustun 20-də deyib: "Bu gün biz əvvəlki raketlərdən qat-qat böyük imkanlara malik raketlər istehsal etmişik və onlara sahib olmuşuq və əgər sionist düşmən yenidən hərbi müdaxiləyə əl atmaq qərarına gəlsə, biz onlardan mütləq istifadə edəcəyik".

İranın müharibənin təkrarlana biləcəyi ilə bağlı qorxuları əsassız deyil. İslam Respublikası MAQATE ilə danışıqları davam etdirir. Bu ayın ortalarında agentliyin direktor müavini Massimo Aparo İrana səfər edib. Bununla belə, Bloomberg mənbələrinin məlumatına görə, müfəttişlər İranın nüvə obyektlərində yoxlamaların mümkün bərpası ilə bağlı danışıqların gedişindən və 12 günlük müharibədən sonra İranın nüvə potensialının vəziyyəti ilə bağlı hər hansı texniki məlumatın olmamasından narazıdırlar. Gələn həftə MAQATE nümayəndə heyətinin Vaşinqtona səfəri, İsrailin zərbələrindən sonra İranın nüvə sənayesinin vəziyyətini tam qiymətləndirə bilməməsi barədə məlumat verməsi planlaşdırılır. İranın xarici işlər naziri Abbas Əraqçi bu yaxınlarda deyib ki, “MAQATE ilə danışıqları dayandırmaq mərhələsinə çatmayıblar, lakin gələcək əməkdaşlıq, şübhəsiz ki, keçmişdəki kimi olmayacaq.

Hazırda ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı sanksiya təzyiqlərini artırmaqda davam edir. Ağ Ev Tehrana xaricə neft satmağa kömək edən 13 şirkətə sanksiya tətbiq edib. Bu, son günlər İran siyasətçilərinin mötədil düşərgəsindən eşidilən bütün sülh çağırışlarına baxmayaraq, Vaşinqton və Tehran arasında müharibənin bərpa olunmayacağına inam yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR