Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Musavat.com xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə Musavat.com-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Musavat.com-a FHN Mətbuat xidmətindən bildirilib.
Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
***
Musavat.com-un əldə etdiyi son məlumata görə ərazidə maşın da yanıb. Hazırda hadisə yerində müvafiq qurumlar yanğını söndürmək üçün iş aparırlar.
Baş vermiş yanğınla əlaqədar əraziyə təcili yardım əməkdaşları cəlb edilib.
Görüntləri təqdim edirik:
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Musavat.com-a FHN-dən bildirilib
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
***
Bakının "Sədərək" bazarı yanır.
Musavat.com xəbər verir ki, əraziyə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Yanğın xeyli sayda obyekti əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş görülür.
25 Avqust 2025
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ