İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq həmin ölkənin Müstəqillik Günündə Kiyevə gedib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Müstəqillik Günü münasibətilə keçirilən şənliklərin yayımına istinadən məlumat yayıb.

Kelloq Kiyevin mərkəzində Ukrayna lideri Volodimir Zelenskinin çıxış etdiyi Müstəqillik Günü münasibətilə keçirilən şənliklərdə iştirak edib.

Bundan əlavə, tədbirdə Kelloqla yanaşı, digər ölkələrin nümayəndələri və rəsmiləri, xüsusən Kanadanın Baş naziri Mark Karni iştirak edir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kit Kelloqu 1-ci dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR