İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və İsveç RAZILIĞA GƏLDİ: İki ölkə güclərini birləşdirir

Ukrayna və İsveç müdafiə məhsullarının hər iki ölkə ərazisində birgə istehsalı barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal məlumat verib.

Nazirlər müdafiə sənayesi sahəsində ortaq layihələri müzakirə ediblər. Xüsusilə hərbi aviasiya sahəsində əməkdaşlıq diqqət mərkəzində olub. Razılaşmaya əsasən, pilotların hazırlanması və İsveç ilə Ukrayna şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Denis Şmıqal İsveç hökumətinə təşəkkürünü bildirib. O, xüsusilə ASC 890 tipli radiolokasiya kəşfiyyat və idarəetmə təyyarələrinin Ukraynaya verilməsinə görə minnətdarlığını ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR