İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadirov növbəti mükafata layiq görüldü

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf naziri Maksut Şadaev Çeçenistan rəhbəri Ramzan Kadirovu “keçən tədris ilində bölgədə məktəb şagirdlərinin rəqəmsal savadlılıq səviyyəsinin artırılmasına verdiyi əhəmiyyətli töhfəyə görə” mükafatlandırıb.

Musavat.com xəbər verir ki, mükafatı Kadirova onun bacısı oğlu, Çeçenistanın Nəqliyyat, Rabitə və Rəqəmsal İnkişaf naziri Adam Çerxigov təqdim edib.

Tədbir zamanı Kadirov həmçinin bacısı oğluna “Çeçenistan Respublikasının Nəqliyyat sahəsində Əməkdar İşçisi” fəxri adını verib. Bundan əlavə, Kadirov Adam Çerxiqovun atasına, Ramzan Çerxiqova isə “Rusiya Federasiyasının Nəqliyyat sahəsində Əməkdar İşçisi” fəxri adını təqdim edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR