Onlayn ictimai-siyasi qəzet
Bu gün Rusiya prezidenti Vladimir Putin qapalı nüvə şəhəri olan Sarova gedib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya lideri səfər çərçivəsində atom sənayesi müəssisələrinin əməkdaşları və alimlərlə görüş keçirib.
Görüş şəhərin mərkəzindəki Alimlər Evində baş tutub.
Qeyd edək ki, bu il Rusiya atom sənayesinin yaranmasının 80 illiyi qeyd olunur. 1945-ci il avqustun 20-də SSRİ Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalin xüsusi komitənin yaradılması barədə qərar imzalayıb. Həmin gün Rusiya atom sənayesinin rəsmi yaranma tarixi hesab olunur. Yubiley münasibətilə artıq Sarov yaxınlığında, Nijni Novqorod şəhərində xatirə tədbirləri keçirilib.
Musavat.com
24 Avqust 2025
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ