İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin Gotland adası işıqsız qaldı – şübhələr Rusiyaya yönəlir

Musavat.com xəbər verir ki, İsveçin strateji əhəmiyyətə malik Gotland adasında genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Təxminən 60 min nəfərin yaşadığı ada tamamilə işıqsız qalıb.

Horisont Magasin-in məlumatına görə, kəsinti adanın əsas şəbəkədən ayrılması zamanı profilaktik işlər aparılarkən meydana gəlib. Hadisənin dəqiq səbəbi hələ açıqlanmasa da, İsveç cəmiyyətində və Avropa mediasında dərhal ciddi şübhələr yaranıb.

Çünki Gotland adası İsveçin milli təhlükəsizliyi üçün kritik mövqeyə sahibdir. Ada Baltik dənizində yerləşməklə yanaşı, potensial Rusiya desant təhlükəsinə qarşı ön mövqedə dayanır. Son illərdə bu tip qəfil nasazlıqlar dəfələrlə qeydə alınıb:

• 2018-ci ilin sentyabrında yüksək gərginlikli kabellərin modernləşdirilməsi zamanı 45 min sakin işıqsız qalmışdı;
• 2020-ci ilin aprelində və iyulunda da analoji qəzalar adanı bir neçə saatlıq qaranlığa qərq etmişdi.

Hazırda Gotland enerji təminatında əsasən materik İsveçdən gələn iki yüksək gərginlikli sualtı kabeldən asılıdır. Lakin bu kabellərin köhnəlməsi və zədələnməyə meylli olması adanı hər dəfə risk qarşısında qoyur.

Ekspertlər bildirirlər ki, Rusiya Federasiyası ilə artan gərginlik fonunda Gotlandın işıqsız qalması təsadüfi görünmür. Bu hadisə Avropaya dolayısı ilə bir xəbərdarlıq – “Baltik dənizi təhlükəsiz deyil” mesajı daşıya bilər.

Müşahidəçilər hesab edirlər ki, İsveçin milli təhlükəsizliyinin açar adası olan Gotlandda belə kütləvi enerji kəsintiləri həm İsveçin, həm də NATO-nun diqqət mərkəzində olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR