İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon ATACMS-la Rusiyaya zərbələri qadağan etdi

ABŞ Ukraynaya uzaqmənzilli ATACMS raketlərindən istifadə edərək Rusiyanın dərinliklərinə hücum etməyə icazə vermir.

Musavat.com xəbər verir ki, bu barədə Wall Street Journal yazır.

Məlumata görə, yazın sonundan bəri bu raketlərlə zərbələr endirilmir. Kyiv silahlardan istifadə etməyə cəhd etsə də, Vaşinqton qəti qadağa qoyub.

ABŞ rəsmiləri ehtiyat edir ki, belə hücumlar münaqişəni daha da alovlandıraraq Rusiya ilə birbaşa toqquşmaya səbəb ola bilər.

Ukrayna isə bildirir ki, uzaqmənzilli hücum imkanları olmadan Rusiya ordusunun arxa cəbhədəki logistik mərkəzlərini, silah anbarlarını və komanda məntəqələrini sıradan çıxarmaq mümkün deyil.

ABŞ hələlik mövqeyini dəyişmir və silahlardan istifadəyə sərt məhdudiyyətlər tətbiq edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR