Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, iqtidardakı Milli Liberal Partiyanın parlament fraksiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, Senatın mədəniyyət və media komitəsinin sədri, həmçinin Rumıniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Musavat.com xəbər verir ki, bu gün senator "Heydər Əliyev zirvəsi"nə qalxıb. Onun bu addımı Azərbaycanın ümummilli liderinə ehtiramın ifadəsi kimi dəyərləndirilir.
Arayış üçün bildirək ki, “Heydər zirvəsi” Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşir.
Səfər çərçivəsində senator və nümayəndə heyəti həmçinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında – o cümlədən Xankəndi və Şuşada olub, yerli əhali ilə görüşlər keçirib, dövlət rəsmilərinin iştirak etdiyi tədbirlərdə iştirak ediblər.
Senatorun Heydər zirvəsinə qalxması isə tamamilə onun şəxsi təşəbbüsü ilə baş tutub və Azərbaycan xalqına, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiram nişanəsi kimi qiymətləndirilib.
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da səfər boyu nümayəndə heyətinə müşayiət edib və zirvədən eksklüziv fotoları təqdim edib.
Eksklüziv fotonu təqdim edirik.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ