İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır

Ermənistanda yaşayan rusiyalıların maliyyə məlumatları artıq Moskvaya ötürüləcək.

Musavat.com xəbər verir ki, Ermənistan bankları Rusiya vətəndaşlarının respublikadakı hesabları barədə vergi rezidentliyi ilə bağlı məlumat toplamağa başlayıb. Bu proses ilk dəfə həyata keçiriləcək avtomatik məlumat mübadiləsi üçün nəzərdə tutulub.

Məlumata görə, artıq bu ildən etibarən Rusiya Federal Vergi Xidməti rusiyalıların Ermənistanda əldə etdikləri gəlirlər, aktivlər və şirkətlərdəki payları barədə tam hesabat əldə edəcək.

Bu addım Moskvanın xaricdəki vətəndaşlarının maliyyə əməliyyatlarını daha sərt nəzarətə götürməsi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR