İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu vilayətdə benzin qıtlığı kəskinləşdi: Əhaliyə benzin satışı dayandırıldı

Rusiyanın bir sıra regionlarında yanacaq çatışmazlığı pik həddə çatıb.

Musavat.com xəbər verir ki, artıq rəsmi qurumlar da vəziyyəti etiraf etməyə başlayıblar.

Belə vilayətlərdən biri də Saxalindir. Vilayətinin Kurilski rayonunda əhaliyə Aİ-92 markalı benzinin satışı dayandırılıb. Məlumatı Kuril rayonunun rəhbəri Konstantin İstomin öz Telegram kanalında açıqlayıb: "Aİ-92 markalı benzinin əhaliyə satışı müvəqqəti olaraq dayandırılıb - bütün ehtiyat xüsusi nəqliyyat üçün lazımdır".

Onun sözlərinə görə, bazar ertəsi günortadan sonra Anatoli İvanov gəmisindən benzinin yeni partiyası boşaldılacaq. Kuril bölgəsi şimalda Diana boğazı ilə cənubda Ketrin boğazı arasındakı Kuril adaları zəncirinin bir hissəsini tutur. İnzibati mərkəzi Kurilsk şəhəridir (İturup adası).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR