İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Fransa XİN-ə çağırıldı

Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Parisdəki səfiri Çarlz Kuşneri nazirliyə çağırıb.

Musavat.com xəbər verir ki, məlumatı nazirlik yayıb. Bu, səfir Fransa hakimiyyətini ölkədə antisemitizmlə effektiv mübarizə aparmamaqda qınayaraq, tənqid etdikdən sonra baş verib: “Fransa ABŞ səfiri Çarlz Kuşnerin bəyanatı ilə tanış olub. O, respublika prezidentinə ünvanladığı məktubda Fransada antisemitizm aktlarının artması ilə bağlı narahatlığını və Fransa hakimiyyətinin onların yatırılması üçün guya yetərsiz fəaliyyət göstərdiyini ifadə edib. Fransa bu ittihamları qətiyyətlə rədd edir”.

Nazirlik Kuşnerin açıqlamalarını qəbuledilməz adlandırıb: “Onlar beynəlxalq hüquq normalarına, xüsusən də Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında təsbit olunmuş dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir. Səfir Kuşner bazar ertəsi, avqustun 25-də Xarici İşlər Nazirliyinə çağırılacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR