İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara İsrailə qarşı koordinasiyalı təzyiq çağırışı etdi

Türkiyə İsrailə qarşı beynəlxalq miqyasda birgə təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ciddədə keçirilən fövqəladə iclasında çıxış edərkən, Fələstin dövlətinin tanınmasının artıq “qaçılmaz reallığa” çevrildiyini bildirib.

Nazirin sözlərinə görə, yalnız güclü və koordinasiyalı təzyiq vasitəsilə İsrail uzunmüddətli həll yoluna məcbur edilə bilər. O, həmçinin qarşıdan gələn BMT Baş Assambleyasının sessiyasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron da daha əvvəl bəyan etmişdi ki, Paris sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstini rəsmi olaraq tanıyacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR