İnsanlara hürriyət, millətlərə istiqlal!

Bessent FED rəhbərliyinə namizədlərlə müsahibələrə başlayır – Pauellə təzyiq?

ABŞ-ın maliyyə naziri Skott Bessent sentyabrın 5-də Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri vəzifəsinə namizədlərlə müsahibələrə başlayacaq.

Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yayıb.

Bildirilir ki, müsahibələr sentyabrın 5-dən başlayacaq və gələn həftə davam edəcək. Bessent namizədlərlə həm şəxsən, həm də video bağlantı vasitəsilə danışacaq. WSJ qeyd edir ki, ümumilikdə namizədlər siyahısı FED Rəhbərlər Şurasının üzvləri Kristofer Uoller və Mişel Bouman, Ağ Evdəki Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hassett və FED Rəhbərlər Şurasının keçmiş üzvü Kevin Uorş da daxil olmaqla 11 nəfərdən ibarətdir.

Qeyd edək ki, prezident Donald Tramp FED rəhbəri Cerom Pauelli faizləri endirmədiyinə görə dəfələrlə sərt tənqid edib, hətta onu “inadkar eşşək” adlandırıb. Lakin Pauell təzyiqlərə boyun əyməyərək, vəzifəsindən istefa verməyəcəyini vurğulayıb. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında bitir.

Müşahidəçilərə görə, FED rəhbərliyinə namizədlərlə müsahibələrin indidən başladılması da Pauellə təzyiq formalarından biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR