Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putin haqqında sərt açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkə X hesabında yazıb:
“Putin hərbi cinayətkardır. Ola bilsin ki, o, dövrümüzün ən ağır hərbi cinayətkarıdır. Biz bunu bu qədər böyük miqyasda müşahidə edirik. Biz hərbi cinayətkarlarla necə davranacağımızı dəqiq bilməliyik: onlara qarşı heç bir güzəşt ola bilməz”.
Merts vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu məsələdə sərt mövqe tutmalı, hərbi cinayətlərə görə məsuliyyət daşıyan liderlərin cəzalandırılmasını təmin etməlidir.
Onun bu açıqlaması Almaniya ilə Rusiya arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ