Onlayn ictimai-siyasi qəzet
ABŞ qəfil qərarla İraqdakı iki bazadan – Əyn əl-Əsəd və Viktoriya bazalarından bütün hərbi qüvvələrini çıxarmağa başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Sky News Arabia məlumat yayıb.
Məlumata görə, ABŞ qoşunları şəxsi heyətin bir hissəsini artıq Ərbilə və qonşu ərəb ölkəsinə köçürür.
Hesabatda qeyd olunur ki, “amerikalılar öz iraqlı həmkarlarını məlumatlandırıblar ki, qoşunların çıxarılması prosesini sürətləndirəcəklər və iki ölkə arasında imzalanmış çərçivə sazişi ilə müəyyən olunmuş cədvələ riayət etməyəcəklər.”
İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Sabah əl-Numan ötən bazar ertəsi təsdiqləyib ki, koalisiya qüvvələrinin İraqdan çıxarılması hökumətin nailiyyətlərindən biridir və bu, ölkənin terrorizmə qarşı dayanmaq bacarığının göstəricisidir.
Bildirilib ki, İraqdakı beynəlxalq koalisiya bunun İŞİD-lə mübarizə səylərinin sonu olmadığını vurğulayıb.
Qeyd olunub ki, koalisiyanın İraqdakı hərbi missiyası bundan sonra daha çox ənənəvi ikitərəfli təhlükəsizlik tərəfdaşlığı formatına keçəcək.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ