Onlayn ictimai-siyasi qəzet
Erməni bankları və brokerləri artıq rusiyalılardan onların vergi rezidentliyi ilə bağlı məlumat tələb etməyə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Veirlən infromasiyaya əsasən bu sorğular Rusiya ilə avtomatik məlumat mübadiləsi çərçivəsində həyata keçirilir.
Gözlənilir ki, mübadilə artıq bu il ərzində başlayacaq.
Nəticədə Rusiya vətəndaşlarının və onlara məxsus şirkətlərin Ermənistandakı gəlirləri və aktivləri barədə məlumatlar Rusiya Federal Vergi Xidmətinə açıq olacaq.
Bu mexanizm Moskvanın xaricdə yaşayan və ya biznes aparan öz vətəndaşlarına nəzarət imkanlarını genişləndirəcək. İndi Rusiya hakimiyyəti Ermənistanda gizlədilmiş gəlirləri və aktivləri daha asanlıqla üzə çıxara biləcək. Bu isə, xüsusən də vergi yükündən yayınan və kapitalını xaricə çıxaran iş adamları üçün əlavə təzyiq vasitəsinə çevrilə bilər. Ekspertlər hesab edirlər ki, bu məlumat mübadiləsi Moskvaya yalnız büdcə gəlirlərini artırmaq yox, həm də sahibkarları siyasi və maliyyə nəzarəti altında saxlamaq imkanı verəcək.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ