Onlayn ictimai-siyasi qəzet
Türkiyə hakimiyyəti məşhur turizm bölgəsi Kapadokyada bayraq dirəyində rəqs edən turistə qarşı cinayət işi açıb.
Musavat.com xəbər verir ki, avqustun 23-də qız türk bayrağı olan bayraq dirəyinə dırmaşaraq rəqs edib, videosu sürətlə sosial şəbəkələrdə yayılıb.
Turistin hərəkəti dövlət bayrağına hörmətsizlik kimi qiymətləndirilib.
Qızı indi 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir. Prokurorluq onun hərəkətini dövlət rəmzlərini təhqir etmək, türk millətini və ya onun qurumlarını alçaltmaq kimi qiymətləndirib. Cinayətkarın adı və vətəndaşlığı açıqlanmır.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ