İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı dənizdə partlayış: İsrailə məxsus gəmi hücuma məruz qaldı

Qırmızı dənizin cənub-qərbində, Səudiyyə Ərəbistanının Yanbu şəhərindən 40 dəniz mili məsafədə güclü partlayış qeydə alınıb.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın Dəniz Ticarəti Mərkəzi yayıb. Hadisənin xarakteri son vaxtlar bölgədə husilərin həyata keçirdiyi hücumları xatırladır.

Bildirilir ki, hücuma məruz qalan gəmi Liberiya bayrağı altında üzür və rəsmi olaraq İsrail mülkiyyəti kimi qeydiyyata alınıb.

Hazırda hadisənin detalları araşdırılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR