Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Avstraliyanın Sidnei şəhərində yerləşən Rusiya konsulluğunda fövqəladə hadisə baş verib. Yerli 9News telekanalının məlumatına görə, səhər saatlarında naməlum sürücü avtomobili konsulluğun darvazasına çırpıb. Hadisə nəticəsində bir polis əməkdaşı xəsarət alıb, şübhəli şəxs isə dərhal saxlanılıb.
Məlumata görə, insident təxminən səhər saat 8 radələrində (yerli vaxtla) baş verib. Polisə Vullara bölgəsində, Fullerton küçəsində yerləşən konsulluq binası barədə çağırış daxil olub. İlkin məlumatlarda bildirilir ki, giriş yolunda icazəsiz avtomobil park edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücü ilə danışmağa çalışsalar da, o, avtomobili qəfil konsulluğun darvazalarına sürüb.
Hadisə zamanı bir polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Onun vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb. Şübhəli şəxs hadisə yerindəcə nəzarətə götürülüb və hazırda istintaq altındadır.
Polis insidentin səbəbləri barədə hələlik açıqlama vermir. Hadisənin qəza, yoxsa qəsdən törədildiyi dəqiq deyil. Lakin təhlükəsizlik tədbirləri gücləndirilib və konsulluğun ətrafında araşdırmalar aparılır.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ