Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətləri yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, o, çıxışı zamanı Ankaranı “etibarlı və zamanla sınaqdan keçmiş tərəfdaş” adlandırıb. Putin qeyd edib ki, Moskva-Ankara əlaqələri regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində Putini yaxın vaxtlarda ölkəsinə səfərə dəvət edib. “Biz Rusiya ilə bütün istiqamətlərdə sıx əməkdaşlıq edirik. Hörmətli dostum Putini yaxın günlərdə Ankarada görməkdən məmnun olarıq”, – deyə Ərdoğan bildirib.
Putinin Türkiyəni “etibarlı tərəfdaş” kimi təqdim etməsi Moskva-Ankara münasibətlərinin strateji xarakter daşıdığını göstərir. İki ölkə enerji, ticarət, müdafiə və regional münaqişələrin həllində sıx əməkdaşlıq edir. Ərdoğanın dəvəti isə qarşıdakı aylarda Rusiya-Türkiyə münasibətlərində yeni mərhələnin başlanacağından xəbər verir.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ