İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Avropanı Hindistana qarşı sanksiyalara çağırır – sensasion iddia

ABŞ administrasiyası Avropa ölkələrinə müraciət edərək Hindistana qarşı sərt sanksiyalar tətbiq olunmasını tələb edib.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı "Axios" və "India Today" öz mənbələrinə istinadən məlumat yayıb.

İddialara görə, Vaşinqton Avropadan Hindistana qarşı Amerikanın tətbiq etdiyi sanksiyalara bənzər addımlar atmağı istəyir. Buraya ən kəskin tədbirlərdən biri kimi Hindistana neft və qaz tədarükünün tamamilə dayandırılması da daxildir.

Məlumata əsasən, ABŞ-ın əsas məqsədi Hindistanın Rusiya ilə enerji əməkdaşlığını məhdudlaşdırmaqdır. Son illərdə Hindistan Rusiyadan rekord həcmdə xam neft idxal edib və bu, Qərbin tətbiq etdiyi sanksiyaların təsirini xeyli zəiflədib.

Ekspertlər hesab edirlər ki, belə bir addım Qərb və Hindistan arasında gərginliyi artıra bilər. Çünki Hindistan enerji təhlükəsizliyini təmin etmək üçün Rusiyadan idxala ciddi şəkildə bağlıdır. Digər tərəfdən, Yeni Dehli özünü balanslı siyasət tərəfdarı kimi göstərir və açıq şəkildə Qərbin diktəsinə tabe olmaq istəmir.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı hazırda Moskvanın enerji resurslarından asılılığı azaltmaq üçün müxtəlif mexanizmlər işə salıblar. Lakin Hindistan kimi nəhəng bir bazarın Rusiyaya açıq qalması Qərbin strateji planlarına ciddi zərbə vurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR