İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Avstraliyadakı konsulluğuna hücum olub

Avstraliyanın Sidney şəhərində bir kişi avtomobilini Rusiya konsulluğunun qapısına vurub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sürücünün həbsi zamanı bir polis əməkdaşı yaralanıb.

Məlumata görə, yerli vaxtla səhər saat səkkiz radələrində avtomobil binanın yaxınlığında dayanıb, bundan sonra polis sürücü ilə danışmağa çalışıb. Bu zaman o, maşını düz darvazalara vurub.

Sükan arxasında olan şəxs saxlanılıb. Onun 39 yaşı var, əməlinin səbəbləri hələlik açıqlanmayıb.

Polis əməkdaşlarından biri əlindən xəsarət alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR