Onlayn ictimai-siyasi qəzet
Yəməndə fəaliyyət göstərən husilər İsrailə aid “Scarlet Ray” adlı neft tankerinə hücum həyata keçirib.
Musavat.com xəbər verir ki, hadisə Qırmızı dənizin şimal hissəsində baş verib. Bu barədə husilərin rəsmi nümayəndəsi açıqlama verib.
Məlumatda bildirilir ki, hücum husilərin İsrailə qarşı davam edən əməliyyatlarının tərkib hissəsidir. Onlar Qəzza zolağında baş verən hadisələrə cavab olaraq İsrail gəmilərini və regiondakı müttəfiqlərinə məxsus yük daşıyan gəmiləri hədəf alacaqlarını bir müddət əvvəl bəyan etmişdilər.
Qeyd edək ki, husilərin hücumları son aylarda Qırmızı dənizdə beynəlxalq ticarət marşrutlarını təhlükə altına salıb. ABŞ və Böyük Britaniya rəhbərliyində koalisiya qüvvələri həmin hücumların qarşısını almaq üçün bölgədə hərbi mövcudluğunu gücləndirib.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ