İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna eks-spikerin qətlinə görə Rusiyanı ittiham edir

Ukrayna polisinin rəisi İvan Vıxovski Andrey Parubinin qətlində “Rusiya izini” açıqlayıb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, onun sözlərinə görə, şübhəli şəxs uzun müddətdir Ali Radanın keçmiş sədrinə qarşı cinayət planlaşdırıb.

“Biz bilirik: bu cinayət təsadüfi deyildi. İçində rus izi var. Hər kəs qanun qarşısında cavab verəcək”, - milli polisin rəisi İvan Vıxovski bildirib

Vıxovski aydınlaşdırıb ki, şübhəli şəxs əvvəlcədən hazırlaşıb və öz hərəkətlərini diqqətlə düşünüb. Onun həbs anından ilk fotolar da yayımlanıb.

Xatırladaq ki, bu il avqust ayının 30-da 10:35 radələrində Lvovda, Yefremova küçəsi 46 ünvanında Andrey Parubiy güllələnib. Onu “Glovo” xidmətinin çatdırılma kuryerinin qiyafəsində olan silahlı şəxs vurub. Məlumata görə, şübhəli şəxs senatora 8 atəş açıb, bundan sonra o, elektrikli velosipedlə hadisə yerindənqaçıb.

Abdrey Parubiy vaxtilə Yanukoviçə qarşı təşkil edilən mitinqlərin təşkilatçılarından biri, meydanın komendantı, daha sonra Ukrayna Ali Radasının sədri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR