Onlayn ictimai-siyasi qəzet
Rusiyanın baş nazir müavini Oleq Overçuk bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı (Aİ) arasında üzvlük məsələsində qərar vermədən əvvəl bütün faktorları diqqətlə qiymətləndirməsi vacibdir.
Musavat.com xəbər verir ki, Overçuk qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə bildirib ki, eyni zamanda həm Aİİ, həm də Aİ üzvü olmaq mümkün deyil. “Əgər gələcəkdə belə bir qərar qəbul olunacaqsa, mən əminəm ki, qərarverməyə təsir edən müxtəlif amillər diqqətlə nəzərdən keçiriləcək”, – deyə Overçuk əlavə edib.
Musavat.com xəbər verir ki, ötən həftə Paşinyan da İrəvanda çıxış edərək, Ermənistanın eyni anda həm Aİİ, həm də Aİ üzvü ola bilməyəcəyini anladığını və “qərar vermək zərurəti yarandıqda müvafiq addımlar atacaqlarını” vurğulamışdı.
Diplomatik təhlillərə görə, bu açıqlamalar Ermənistanın xarici siyasətində balanslı mövqe tutmağa çalışdığını göstərir və regiondakı strateji maraqların yenidən qiymətləndirildiyini ortaya qoyur.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ