Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Çində Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində ayaqüstü görüşü və söhbətləşməsi təkcə region ölkələrinə deyil, eləcə də bütün dünyaya incə bir ismarışdır”.
Bu sözləri Musavat.com-a siyasi təhlilçi Sona Əliyeva deyib.
“Bu ayaqüstü söhbətin mesajı ondan ibarətdir ki, biz özümüz öz problemlərimizi söhbət və müzakirə ilə çözmək iqtidarındayıq. Yəni İlham Əliyev və Nikol Paşinyan öz ölkələrinin problemlərini özləri çözə bilərlər. Onlara üçüncü tərəf, vasitəçi lazım deyil.
Digər tərəfdən, Cənab Prezident və erməni baş nazir ailə üzvləri ilə birlikdə görüntüləndilər. Bu da gələcək münasibətlərin uğurlu inkişafı baxımından böyük perspektivlər vəd edir. Yəni hər iki tərəf sülh və mehriban qonşuluq şəraitində yaşamaqda maraqlı və israrlıdır. Bu cür görüşlər Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını istəməyən güclər üçün sanballı və tutarlı mesajdır.
Ərdoğan-Əliyev-Paşinyan ayaqüstü görüşü də beynəlxalq aləmdə Azərbaycanın tək olmadığının, Türkiyə ilə birgə addımladığının əyani təzahürüdür”, - siyasi təhlilçi vurğulayıb.
Cavanşir ABBASLI
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ