İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Minsk Qrupunun buraxılması qərarını haqlı hesab edir – Zaxarova  

Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun buraxılması ilə bağlı qərarı haqlı sayır.

Musavat.com xəbər verir ki, bunu Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O deyib ki, Rusiya ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib: "Biz regionda vəziyyətin köklü dəyişməsi baxımından bu addımı haqlı, əsaslı hesab edirik. Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur. Bu dövlətlərin xarici işlər nazirləri avqustun 11-də müvafiq təkliflə ATƏT-ə müraciət ediblər və bununla da Bakı və İrəvanın Minsk prosesinin alətlərinə artıq ehtiyac olmadığını təsdiq ediblər. Xatırlatmaq istəyirəm ki, Minsk Qrupunun fəaliyyətinin bütün dövrü ərzində rusiyalı həmsədrlik Azərbaycan və Ermənistanın dost xalqlarının barışıq maraqları naminə qarşıya qoyulmuş vəzifələrin həlli üçün bütün səylərini göstərib".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR