İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın şəhərləri VURULDU, katerləri MƏHV EDİLDİ, Krıma ZƏRBƏLƏR – Putindən Şanxay BƏYANATLARI

Krasnodar diyarının Kropotkin sənaye zonasında transformator yarımstansiyasında yanğın baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb əraziyə PUA qalıqlarının düşməsi olub.
80 kvadratmetr sahədə yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində bölgə üzərində Ukraynaya məxsus iki pilotsuz təyyarəni vurub: "Dünən də bölgəyə hücum edilib. PUA qalıqları Krasnodar Neft Emalı Zavodunun ərazisinə düşüb. Yanğın baş verib və texnoloji qurğu zədələnib, tələfat olmayıb".

Ukrayna silahlı qüvvələri Krımda Rusiyaya məxsus 6 kateri “Neptun” raketləri ilə məhv edib.

Bu barədə “Unian” məlumat yayıb.

Bildirilib ki, Voloşino kəndi yaxınlığında Rusiya sərhəd zastavasının ərazisi zərbələrə məruz qalıb. Əməliyyat zamanı bir hərbçi də ölüb.

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 50 ədəd PUA vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Belqorodda 12, Saratovda 4, Samara, Orenburq və Tatarıstan Respublikası üzərində 3, Krasnodarda 2, Qara dəniz suları üzərində 16 və Azov dənizi suları üzərində isə 7 PUA zərərsizləşdirilib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR