İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Rusiya və Belorus üçün humanitar vizaları bərpa edir – Avropa yumşalır...

Musavat.com xəbər verir ki, Almaniya hakimiyyəti humanitar vizaların verilməsini bərpa edib. İki Almaniya qurumu bununla bağlı qərarı təsdiqləyərək xaricilərə humanitar əsaslarla ölkəyə giriş imkanlarının açıldığını elan edib.

Lakin diqqətçəkən məqam odur ki, Belarus, Rusiya və İran vətəndaşları üçün əvvəl mövcud olan sürətləndirilmiş prosedur artıq tətbiq olunmayacaq. Bu, həmin ölkələrdən müraciət edən şəxslərin humanitar vizanı əldə etməsini çətinləşdirəcək.

Bununla belə, müşahidəçilər hesab edirlər ki, prosesin yenidən işə salınması, xüsusən də rusiyalılar üçün tam qadağanın tətbiq edilməməsi Almaniyanın Moskva ilə münasibətlərində müəyyən yumşalma əlaməti kimi dəyərləndirilə bilər.

Avropa İttifaqının sanksiya siyasəti fonunda Berlinin bu addımı həm humanitar dəyərlərin qorunması, həm də siyasi çevikliyə işarə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR