İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon kəşfiyyatı Xamneiyə işləyib- qalmaqal, istefalar...

İranın nüvə obyektlərinin ciddi zərər görməməsi haqda hesabat Ağ Evi qarışdırdı, generallar...  

Müdafiə naziri Pit Heqset Pentaqonun Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) rəhbəri general-leytenant Cefri Kruzu vəzifəsindən azad edib.  Musavat.com “Reuters”ə istinadın xəbər verir ki,  Heqset ABŞ Hərbi Dəniz Qüvvələrinin Ehtiyat Qüvvələrinin rəisi və Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanının da istefası barədə göstəriş verib.

İşdən çıxarılmanın səbəbləri rəsmi olaraq açıqlanmayıb, lakin bu qərarlar  Ağ Evin agentliyin Amerikanın İrana zərbələrinin nəticələrini qiymətləndirən hesabatını tənqid etməsindən az sonra baş verib.

İyunun sonunda, İrana qarşı Amerika-İsrail hərbi əməliyyatı başa çatdıqdan az sonra, DİA Amerikanın zərbələrinin İranın nüvə proqramını cəmi bir neçə ay geriyə  saldığını bildirən hesabat yayıb.

Bu qiymətləndirmə daha əvvəl əməliyyatı “qeyri-adi hərbi uğur” adlandıran Donald Trampı qəzəbləndirib və bildirib ki, hər üç nüvə obyekt “tamamilə məhv edilib” və “terrorizmin əsas sponsoru”ndan gələn nüvə təhlükəsi aradan qaldırılıb. Müdafiə Kəşfiyyat İdarəsinin nəticələrini “tam qüsurlu” adlandırıb.

İranın nüvə obyektləri hücumlarda zərər görmədiyini bu ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei xalqa video müraciətində deyib. O bildirib ki, ABŞ nüvə obyektlərini vurub, lakin çox şey əldə edə bilməyib: “Amerikalılar nüvə obyektlərinə hücumda mühüm bir iş görə bilmədilər”.

O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp baş verənləri çox şişirdib: “Tramp İranın nüvə obyektlərinə dəyən zərərin miqyasını şişirdib, əslində bu, kiçikdir”.

Beləliklə, Pentaqon kəşfiyyat strukturu faktiki Xamneinin dediklərini təsdiqləyən hesabat yayıb.   

Pentaqona tabe Müdafiə Kəşfiyyat İdarəsi  əməliyyatları dəstəkləmək üçün hərbi kəşfiyyat üzrə ixtisaslaşıb, Mərkəzi Kəşfiyyat İdarəsinə tabe olmayan müstəqil qurumdur. 

Demokrat və Senatın Kəşfiyyat Komitəsinin sədr müavini, senator Mark Uorner Kruzun işdən çıxarılmasına cavab olaraq deyib ki, Tramp “kəşfiyyata ölkəmizi qoruyan bir struktur kimi deyil, sədaqət sınağı kimi yanaşmaq kimi təhlükəli vərdişinə malikdir”.

Yəni Tramp təhlilləri prezidentin mövqeyi ilə ziddiyyət təşkil edən bir sıra məmurları işdən çıxarıb. İyul ayında prezident, hesabatında iş artımının yavaşladığını göstərdikdən sonra Əmək Statistikası Bürosunun müvəkkili Erica Menturferin dərhal işdən çıxarılmasına göstəriş verib.

Aprel ayında Tramp general Timoti Honu Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsindən, eləcə də Ağ Evin Milli Təhlükəsizlik Şurasının 10-dan çox üzvünü vəzifəsindən azad edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR