İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən sərt mesaj: “Ukrayna heç vaxt rusların ‘kompromis’ adlandırdığı rüsvayçılığa məcbur olmayacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə xalqa müraciətində sərt bəyanatlar səsləndirib.

Musavat.com xəbər verir ki, dövlət başçısı Ukraynanın gələcəyi barədə qərarı yalnız xalqın özü verəcəyini bildirib: “Bizə ədalətli sülh lazımdır. Bizim gələcəyimizi yalnız biz müəyyənləşdirəcəyik”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, müharibənin sonunda Ukrayna elə güclü təhlükəsizlik təminatları əldə edəcək ki, heç bir ölkənin ağlına belə bu dövlətə hücum etmək gəlməyəcək.

Zelenski həmçinin Ukraynanın artıq beynəlxalq arenada əsas söz sahiblərindən birinə çevrildiyini deyib: “Ukraynaya qulaq asırlar, Ukrayna ilə hesablaşırlar. Artıq bizə ‘qapının arxasında gözləyin’ demirlər, əksinə, ‘qərarı yalnız siz verəcəksiniz’ deyirlər. Belə bir Ukraynanı bir həftə əvvəl ABŞ-da təmsil etmək mənim üçün şərəf idi. Bu gün həm ABŞ, həm də Avropa etiraf edir: Ukrayna hələ qələbə qazanmayıb, amma artıq məğlub olmayacaq”.

Prezident əlavə edib ki, Ukrayna artıq qurban yox, döyüşçü kimi tanınır: “Biz dilənmirik, biz müttəfiqlik və tərəfdaşlıq təklif edirik. Avropanın ən güclü ordusunu, qabaqcıl müdafiə texnologiyalarını və dözümlülük təcrübəsini təqdim edirik. Biz deyirik: ‘Bizə Avropa İttifaqı lazımdır’. Bəli, amma biz də Avropaya ən azı bir o qədər lazımıq. Bunu hamı qəbul edir və Ukraynanı artıq yoxsul qohum kimi yox, güclü müttəfiq kimi görürlər”, – Zelenski bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR