Onlayn ictimai-siyasi qəzet
Rusiya İstintaq Komitəsi məşhur erməni bloqer Arsen Markaryana qarşı ittiham irəli sürüb. Ona “Vətənin müdafiəçilərinin xatirəsini təhqir etmək” maddəsi üzrə cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, dindirmə zamanı Arsen Markaryana ittihamları qəbul etməyib və özünü təqsirli bilmədiyini bildirib. Bloqer iddia edir ki, onun açıqlamaları və paylaşımları qanun çərçivəsində olub və məqsədi heç bir halda vətən müdafiəçilərinin xatirəsini təhqir etmək deyildi.
Hazırda istintaq orqanları Arsen Markaryana qarşı məhkəmədən həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək. Bu addım, istintaqın fikrincə, həm prosesin gedişatını təmin etmək, həm də ictimaiyyətdə yaranan narahatlıqları nəzərə almaq məqsədini daşıyır.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ