İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan katolikosu yenidən HƏDƏFƏ ALDI

Ermənistanın baş naziri Nikol Paşinyan bir aylıq fasilədən sonra bütün ermənilərin katolikosu II Qareginin istefası məsələsini yenidən gündəmə gətirib.

Musavat.com xəbər verir ki, bu barədə baş nazir brifinq zamanı bildirib.

“Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktiç Nersisyan (II Qareginin dünyəvi adı) vəzifəsini tərk etməlidir”, – Paşinyan brifinqdə deyib. O, həmçinin bu məqsədə çatmaq üçün hərəkata şəxsən rəhbərlik edəcəyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl arxiyepiskop Baqrat Qalstanyan Paşinyanı ailəli olmaması səbəbindən tənqid edib. Baş nazir isə buna cavab olaraq sosial şəbəkələrdə ardıcıl paylaşımlar edib və II Qareginin kilsə qanunlarına zidd həyat tərzi sürdüyünü iddia edib. Paşinyan katolikosdan açıq izahat tələb edərək, yeni rəhbərin seçilməsi üçün koordinasiya qərargahı yaratmağı planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, iyun ayında Ermənistan İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatının 15 üzvünün, o cümlədən Baqrat Qalstanyanın həbsi barədə məlumat yayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2025

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR