İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda axtarışda olan rusiyalı iş adamı saxlanıldı - VİDEO

Ermənistanda İrkutsk vilayətinin sabiq boks federasiyası prezidenti Sergey Silko saxlanılıb. O, 2003-cü ildə dörd nəfərin qətlində ittiham olunur.

Musavat.com xəbər verir ki, məlumatı “Mash na sporte” Teleqram kanalı yayıb. Sosial şəbəkələrdə dərc olunan görüntülərdə güc strukturlarının S.Silkonu yerə uzadaraq saxlaması əks olunub.

Məlumata görə, Silko 1998–2003-cü illərdə digər cinayətlərdə – o cümlədən hədə-qorxu yolu ilə tələb etmə və insanların yoxa çıxması hallarına görə də şübhəli bilinir. 2024-cü ilin aprelində o, dövlətlərarası axtarışa verilib və tutulacağı təqdirdə iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Rusiya tərəfinin tələbi ilə yaxın günlərdə S.Silkonun ekstradisiyası gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR