Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Fransadakı səfiri Emanuela Alessandro Fransa XİN-ə çağırılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna səbəb İtaliyanın nəqliyyat və infrastruktur naziri, “Liqa” partiyasının lideri Matteo Salvininin Ukrayna ilə bağlı təşəbbüsləri kontekstində Fransa prezidenti Emmanuel Makron haqqında söylədiyi sözlər olub.
Milana səfəri zamanı Salvini İtaliyanın Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin təşəbbüsü ilə yaradılmış “istəklilər koalisiyası” çərçivəsində Ukraynaya öz ordusunu göndərməyə hazır olmasından danışaraq, bu ehtimalı qəti şəkildə rədd edib: "İtalyan əsgərləri Ukraynada? Qətiyyən yox. Emmanuel Makron belə istəyirsə, qoy özü ora getsin. Dəbilqəni geyin, tüfəngi götür və özün Ukraynaya get".
Fransa Xarici İşlər Nazirliyi bu bəyanatları “qəbuledilməz” adlandırıb və səfirlə söhbətində onların Paris və Roma arasında “etimad və tarixi münasibətlər mühitinə uyğun gəlmədiyini” vurğulayıb. Həmçinin əminliyik ifadə edilib ki, “son ikitərəfli hadisələr iki ölkənin mövqelərinin, xüsusən də Ukraynaya sarsılmaz dəstəklə bağlı güclü yaxınlığını nümayiş etdirib”.
Nə İtaliya səfirliyi, nə də İtaliyanın baş naziri Corciya Meloni ofisi İtaliya səfirinin Fransa Xarici İşlər Nazirliyinə çağırılmasını şərh etməyib.
Musavat.com
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ