Onlayn ictimai-siyasi qəzet
Bu gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Reuters-in müxbiri Qrem Slatteri X sosial şəbəkəsində öz mənbələrinə istinadən yayıb.
Slatterinin yazdığına görə, Kelloqun səhər yeməyində, eləcə də 24 avqust bazar günü qeyd olunan Ukraynanın Müstəqillik Günü ilə bağlı mərasimlərdə iştirak edəcəyi gözlənilir: "O, həmçinin bu həftə liderlərlə aparılan diplomatik təmasları müzakirə edəcək. Bu, ABŞ, Ukrayna və Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəlməsi fonunda baş verir".
Qeyd edək ki, ötən axşam prezident Donald Tramp iki həftə ərzində Rusiya və Ukraynanın danışıqlar masasına oturmayacağı halda bunun günahkarının hansı tərəf olacağını müəyyənləşdirəcəyini deyib. O, həmçinin iki həftədən sonra Rusiyaya qarşı sərt sanksiyalar, yoxsa müharibənin dayandırılmasl prosesindən tamamilə çəkilmək barədə qərar verəcəyini vurğulayıb.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ