İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Hindistana ən çox axtarılan kriminal avtoriteti təhvil verdi – Mayank Sinqh Bakıda tutulmuşdu

Azərbaycan hüquq-mühafizə orqanları mühüm əməliyyatla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, ötən il Bakıda saxlanılan Hindistanın ən çox axtarılan kriminal avtoritetlərindən biri – Mayank Sinqh ekstradisiya olunaraq vətəninə qaytarılıb.

Məlumata görə, Hindistanın Antiterror bölməsinin əməkdaşları Sinqhi Bakıda təhvil alaraq Carkxand ştatının paytaxtı Rançi şəhərinə aparıblar.

Qeyd edilir ki, Mayank Sinqh Carkxand ştatından xaricdə tutulub ekstradisiya olunan ilk cinayətkardır. Onun uzun illərdir beynəlxalq axtarışda olduğu və İnterpolun “qırmızı bildirişi” əsasında saxlandığı açıqlanıb.

Cinayətkarın zəngin kriminal keçmişə sahib olduğu da vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR