İnsanlara hürriyət, millətlərə istiqlal!

Texnologiya nəhənginin 10 faizi ABŞ dövlətinə verilib

ABŞ hökuməti texnologiya nəhəngi Intel-də 10 faiz paya sahibdir.

Musavat.com xəbər verir ki, məlumatı Tramp cümə günü Truth Social-da yazıb: "Mən elan etməkdən şərəf duyuram ki, ABŞ indi daha parlaq gələcəyi olan böyük Amerika şirkəti olan Intel-in 10 faizinə tam sahibdir və ona nəzarət edir".

Tramp deyib ki, o, Intel-in baş direktoru Lip-Bu Tan ilə "bu müqaviləni müzakirə edib": "ABŞ indi dəyəri təxminən 11 milyard dollar olan bu səhmlər üçün heç bir ödəniş etməyib. Bu, Amerika üçün, Intel üçün böyük bir işdir. Intel-in etdiyi qabaqcıl yarımkeçirici və çip istehsalı ölkəmizin gələcəyi üçün çox vacibdir."

Qeyd edək ki, Tramp avqustun 7-də Lip-Bu Tanı istefaya çağırıb və təfərrüatları açıqlamadan onun “ciddi maraqlar toqquşması” olduğunu deyib. Amerika mətbuatının yazdığına görə, Trampın çağırışı Senatın Seçilmiş Kəşfiyyat Komitəsinin sədri olan respublikaçı senator Tom Kottonun Intel rəhbərliyinə yazdığı məktubda şirkətin fəaliyyətinin təhlükəsizliyi və Lip-Bu Tanın Çinlə iddia edilən əlaqələri ilə bağlı narahatlığını ifadə etməsindən sonra edilib. Bundan sonra İntel rəhbəri Trampla görüşmək üçün Ağ Evə gedib. Avqustun 11-də Amerika lideri Truth Social-da yazıb ki, Intel baş direktoru ilə “çox maraqlı görüş” keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR