İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin yeni dərdi – Tramp nadir torpaq metallarına çıxış üçün çalışır

Yayılan xəbərin qısa özəti belədir: “Qazaxıstan və ABŞ Kostanay vilayətində nadir torpaq metallarının kəşfiyyatına başlayacaq”.

Təfsilatda məlum olur ki, Qazaxıstanın “Tau-Ken Samruk” şirkəti Amerikanın “Cove Capital” investisiya şirkəti ilə birlikdə cari yataq mövsümündə Kostanay vilayətindəki Akbulak (Ağbulaq) sahəsində nadir torpaq metallarının axtarışı üçün geoloji kəşfiyyat işləri aparacaq.

Əslində həmin regionda nadir torpaq metallarının yatağının olduğu şübhə doğurmur. Qazaxlar özləri hələ 30 il öncədən malik olduqları torpaqları ”real Mendeleyev cədvəli” adlandırırlar. Demək, ABŞ şirkəti harada nəyi axtardığını və tapacağını bilir.

tr-konüo.jpg (77 KB)

Bundan əvvəl Vaşinqtonda 2022-ci ildən bəri müharibə aparan Ruanda və Konqo Demokratik Respublikası arasında sülh sazişinin imzalanması zamanı ABŞ-nin Konqoda nadir torpaq metallarının istismarına dair hüquqlar əldə etməsi barədə açıqlama da verilib. Vaşinqton iki ölkə arasında sülhün bəqərar edilməsinin əvəzinə Konqoda faydalı qazıntılar aparacaq.

zel-tr.jpg (47 KB)

Bu ilin əvvəlində prezident Donald Tramp ABŞ-nin Ukraynaya verdiyi maliyyə və hərbi dəstəyə görə kompensasiya olaraq Ukraynadan nadir torpaq metallarını almaq istədiyini bildirmişdi. O, bu torpaqlardan 500 milyard dollar gəlir əldə etmək istədiyini qeyd edirdi. Ancaq bu niyyət söz-söhbətə səbəb oldu, Ukrayna prezidenti belə bir sazişi imzalamağa hazır olmadığını göstərdi. Sonra hər halda razılıq əldə olundu.

Eyni zamanda RF prezidenti Vladimir Putin həmin vaxt ABŞ-yə nadir torpaq metallarının hasilatı sahəsində Rusiya ilə əməkdaşlıq təklif etdi.Bu, güman ki, “sən istəyəndən bizdə də var, Ukraynanın dəstəkləməyin, umduğunuzu bizdən alın” mesajıydı.

tr-mak.jpg (58 KB)

Donald Tramp Fransa prezidenti Emmanuel Makronla görüşündə Rusiyanın nadir torpaq metallarının “külli miqdarda ehtiyatları” olduğunu qeyd edərək bildirmişdi: “Onların bizim istifadə edə biləcəyimiz çox qiymətli sərvətləri var, bizim də var və bunu edə bilsək, çox yaxşı olar”.

Belə görünür ki, hazırda ABŞ-nin yeni administrasiyasının əsas qayğılarından biri dünyanın hər tərəfində nadir torpaq metallarına çıxış əldə etməkdir.

“Nadir torpaq metalları” nə deməkdir?

Ekspertlərin dediyinə görə, bu, dövri sistemdə lantandan sonra yerləşən və oxşar xüsusiyyətlərə malik elementlər qrupudur. Lap əvvəldə onların oxşarlığı o qədər güclü olub ki, uzun müddət onları bir-birindən ayırmaq mümkün olmayıb və bir element hesab edilib.

Orta əsr kimyaçıları kolbada çökən və həll olunmayan hər şeyi torpaq adlandırıblar. Ancaq müasir dövrdə "nadir torpaq metalları" termini çox vaxt nadir izlərə və digər metallara istinad etmək üçün istifadə olunur. Qallium, litium, molibden, volfram, selen, titan və tellur, eləcə də sözün akademik mənasında nadir torpaq metalları yer qabığında mövcuddur, lakin onların sayı nisbətən azdır, bəzilərinin isə öz yataqları yoxdur. Bu metallar iqtisadiyyatda mühüm rol oynayırlar.

Akademik mənada nadir torpaq metallarına 15 lantanid (lantan, serium, praseodimium, neodim, prometium, samarium, europium, gadolinium, terbium, disprosium, holmium, erbium, thulium, ytterbium, lutetium, həmçinin lutetium) daxildir. Onların hər biri unikal xüsusiyyətlərə malikdir və müxtəlif sahələrdə tələb olunur.

Nadir torpaq metalları elektronika və elektrik mühərrikləri üçün daimi maqnitlərin istehsalında, ekranlar və lampalar üçün fosforların hazırlanmasında istifadə olunur. Bundan başqa, bu metallar metallurgiya ərintilərində aşqarlar kimi, neftin emalı və avtomobil tullantılarının katalizatorlarında, həmçinin lazerlərdə, optikalarda və tibbi avadanlıqlarda əvəzsiz resursdur. Nadir torpaq metallarından əldə edilən əsas materiallara güclü maqnitlər (məsələn, neodimium), fosforlar, xüsusi şüşələr və keramika, həmçinin katalizatorlar və cilalayıcı maddələr daxildir. Nadir torpaq metalları hərbi sənaye üçün mühüm materialdır.

karik.jpg (71 KB)

Beləliklə, Tramp ölkəsinin sonrakı inkişafı, “Amerikanı yenidən böyük et”mək üçün nadir torpaq metallarına ehtiyacı olduğunu anlayır və onu əldə etmək üçün bu istiqamətdə səylərini artırır. Çinin iqtisadi uğurlarının əsasında həm də nadir torpaq metallarından səmərəli istifadə etməsi durur. Bu ölkənin zəngin karbohidrogen ehtiyatları yoxdur, amma nadir torpaq metallarının böyük ehtiyatlarına malikdir, dünya bazarında liderdir. Çin bu materialların sayəsində dünyaya 1001 adda cihaz və avadanlıqlar ixrac edir.
Çinin ardınca ABŞ, Avstraliya, Hindistan, Myanma və Rusiya da nadir torpaq metallarına malikdir. Bu ehtiyatlar planetdə qeyri-bərabər paylanıb.

Elektriklə işləyən avtomobillərin yavaş-yavaş təkmilləşdirilməsi və dünya bazarında ciddi mövqe tutması nəticəsində neft və neft məhsullarına azalan tələbat fonunda nadir torpaq metalları uğrunda mübarizənin qızışması təbiidir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR