İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstan rəhbərinin üsyanı: “Axı siz miqrant uşaqlarını məktəbə necə buraxmayacaqsınız, onların nə günahı var?"

Musavat.com xəbər verir ki, Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikada miqrant uşaqlarının təhsilə inteqrasiyası ilə bağlı diqqətçəkən açıqlama verib. O, rus dili kurslarının təşkili ideyasını dəstəkləyib və məsələyə münasibətdə cəmiyyətin daha ədalətli yanaşmasını tələb edib.

“Axı siz uşağı məktəbə buraxmayacaqsınız? O, harada olmalıdır? O, dil bilmədiyinə görə günahkardırmı? Öyrənəcək. İstənilən uşaq 3–4 aya dili öyrənir. Burada qorxulu heç nə yoxdur. Ümumiyyətlə, bu cür danışmaq absurddur. Biz diqqətli yanaşmalıyıq, çünki bu uşaqdır, o, günahkar deyil”, – deyə Minnixanov təhsil və elm işçilərinin respublika müşavirəsində bildirib.

Kurslar ailələrin hesabına təşkil ediləcək

Tatarıstan rəhbəri vurğulayıb ki, miqrant ailələrinin hesabına istənilən kursların – rus, fransız dili, hətta əmək və texnologiya fənləri üzrə də – təşkil edilməsi mümkündür. Əsas şərt isə müəllim kadrlarının mövcudluğudur.

Böyük problem: müəllim çatışmazlığı

Minnixanovun sözlərinə görə, hazırda Tatarıstanda təhsil sahəsində təxminən 3,7 min müəllim çatışmır. Ən ciddi boşluqlar riyaziyyat, fizika, kimya, ibtidai sinif və rus dili müəllimlərindədir.

Rəhbərin bu açıqlaması həm miqrant uşaqlarının təhsil hüququna yanaşmada yumşaq mövqe kimi, həm də Tatarıstan təhsil sistemindəki ciddi kadr böhranına işarə kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR