İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar bu ölkələrə QAÇIR - şok siyahı AÇIQLANDI, NATO-dan Putinə XƏBƏRDARLIQ: “Ağıllı OL!”  


Ukrayna müharibəsindən sonra Rusiyanı nə qədər insanın tərk etməsi barədə rəsmi statistika gizlədilir
Müxtəlif hesablamalara görə, Ukrayna müharibəsinin ilk ilində 500 minlə 1.3 milyon arasında insan Rusiyanı tərk edib. Ruslar əsasən vizasız ölkələrə köçüblər: Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, BƏƏ və Monqolustan. Müasir mühacirət yaxınları ilə ünsiyyət qurmaq, sosial əlaqələri saxlamaq və hətta işləmək üçün daha çox imkanlar, habelə təcili təhlükə altında olmayanlar üçün yenidən sərhədi keçmək imkanlarını nəzərdə tutur. Dövlət mühacirət fakltlarını gizlədir və 2022-ci ilin ilk altı ayında miqrasiya axınının cəmi 96,7 min nəfər təşkil etdiyini bildirirdi ki, bu da COVİD-dən əvvəlki rəqəmlərdən də az idi.


Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Kiyevin Rusiya ilə danışıqlara hazır olduğunu, lakin danışıqların dərhal üçtərəfli formatda keçirilməsinə üstünlük verəcəyini bildirib.

“Rusiya mənim Putinlə görüşümə mane olmaq üçün əlindən gələni edir”, – deyən Zelenski mümkün dialoqa beynəlxalq vasitəçilərin cəlb edilməsinin vacibliyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, Ukrayna prezidenti həmçinin qeyd edib ki, Türkiyə son görüşdə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini təklif edib.

“Bütün ölkələrin Ukraynanın təhlükəsizliyinə necə təminat verəcəyi barədə danışmaq hələ tezdir. Bütün infrastrukturlar hazırlandıqdan sonra kimin nəyi və necə edəcəyini anlamaq olacaq”, – o vurğulayıb.
Rutte, öz növbəsində, təminatların iki səviyyəli olmasının vacibliyini diqqətə çatdırıb:

“Birincisi, sülh sazişinin bağlanması, sonra isə ABŞ və Avropadan təminatların verilməsi əsas məsələdir”, – deyə Ruttə əlavə edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR