İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu jurnalistlərin övladları tələbə oldu- Foto

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Musavat.com xəbər verir ki, bu il də tələbə adını qazananlar sırasında jurnalist övladları var.

WhatsApp Image 2025-08-23 at 13.00.19 (2).jpeg (53 KB)

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Gültək Məmmədli yüksək balla ali məktəbə daxil olub. "Həkim atasıyam! Qızım, Gültək Azərbaycan Tibb Universiteti, tibb fakültəsinə (dövlət sifarişi) qəbul olundu!", - deyə jurnalist sosial şəbəkədə yazıb.

WhatsApp Image 2025-08-23 at 13.00.19.jpeg (88 KB)

"Qafqazinfo"nun redaktoru Gülşən Raufqızının övladı Gülnur Bakı Dövlət Universitetində jurnalistika üzrə ali təhsil alacaq.

 "Tələbə anasıyam. Jurnalistikadan qaçmaq istədikcə, daha çox jurnalistimiz olur. Şükür, Allahıma", - deyə bildirib.

WhatsApp Image 2025-08-23 at 13.00.18.jpeg (86 KB)

Jurnalist Samir Əlinin  oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi adını qazanıb.

WhatsApp Image 2025-08-23 at 13.00.21.jpeg (94 KB)

“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə də tələbə adı qazanıb. O,  İlahiyyat İnstitutunun Dinşünaslıq fakültəsində təhsil alacaq.

"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı ADNSU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasına qəbul olub.

"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev tələbə adını qazandığı barədə məlumat paylaşıb.

"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay da tələbə adını qazanıb.


“Günün səsi.info” saytının baş redaktoru Pərviz Həşimlinin qızı Zeynəb də tələbə adını qazanıb. O, bir neçə xarici universitetdən qəbul dəvəti alıb: Belçika - Vrije University; Çexiya- Charles University; Estoniya - Taltech University. Zeynəb Həşimli onlardan birində ali təhsil alacaq.



Jurnalist Sücəddin Şərifov da övladının tələbə olmasına sevinir.  Həmkarımızın oğlu Əli UNEC-in beynəlxalq ticarət və logistika ixtisasına qəbul olunub.
 


Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Könül Rəhimin oğlu Mikayıl Șıxılı da tələbə adını qazanan gənclər sırasına daxil olub. O, ADA Universitetinin Maliyyə fakültəsində
(tədris ingilis dili dövlət sifarişi əsasında) ali təhsil alacaq.


Jurnalist, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev tələbə atası olmağın sevincini yaşayır. Onun qızı Zəhra Mehdiyeva UNEC-in maliyyə ixtisasında dövlət sifarişilə əyani təhsil alacaq.



Mədəniyyət sahəsindən yazan jurnalist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf isə özünə görə sevinən həmkarımızdır. O, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin (dövlət sifarişi) tələbəsidir.


"İdman.biz" saytının redaktoru Rəşad Sarıyevin oğlu Rəsul UNEC-ə daxil olub. O, biznesin idarə olunması ixtisasında dövlət sifarişilə təhsil alacaq. 


Jurnalist Tağı Türkün qızı Selcan Kərimli ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil olub. Selcan həm də gənc yazıçıdır və "Arzu" hekayələr kitabının müəllifidir.


"Azərbaycan" qəzetinin şöbə redaktoru Rəşad Baxşəliyevin oğlu Nihat da universitetə qəbul olunub. "Tələbə adın mübarək oğlum!", - deyə jurnalist sevincini sosial şəbəkədə bölüşüb.


“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli Türkiyədə ali təhsil alacaq. "Muradın 5-ci qəbul dəvətini Süleyman Dəmirəl Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsindən aldıq", - deyən Q.İbrahimoğlu seçim edəcəklərini bildirib.

yty.jpg (87 KB)

Jurnalist Anar Cəbrayıllının övladı da tələbə adını qazanıb. O sevincini bu sözlərlə bölüşüb:

“BANM tələbəsi Məhəmməd Cəbrayıllı, uğurların bol olsun qardaşoğlu - Mamedcan!”

“Yeniçağ”ın rəhbəri Aqil Ələsgər də oğlunun tələbə adı qazandığını sosial media hesabında bölüşüb.
“Başda öz oğlum olmaqla tələbə adını qazanan bütün gəncləri, xüsusilə mənə “əmi” deyən canlarımı təbrik edirəm…

Süleyman Demirel Üniversitesi, İktisadi ve İdari İlimler Fakultesi

Bahçeşehir Üniversitesi, İktisadi, İdari ve Sosyal Bilimler Fakultesi

Antalya Bilim Üniversitesi, İktisadi, İdari ve Sosyal Bilimler Fakultesi

University of Economic and Human Sciences Warsaw, Business Administration

İstanbul Özyeğin Üniversitesi, İşletme Fakultesi”-, deyə o paylaşımında qeyd edib.



Könül,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR