Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sarov şəhərində atom sənayesi mütəxəssisləri ilə görüş zamanı gənclərin suallarını da cavablandırıb.
Görüşdə iştirak edən Rosatom tələbə icmasının lideri Vladimir Kuznetsov dövlət başçısına “Sizin arzunuz nədir?” sualı ilə müraciət edib.
Kuznetsov özünün arzusunu da açıqlayaraq, Vətənə faydalı olmaq və böyük, möhkəm ailə qurmaq istədiyini bildirib. Prezident Putin isə bu suala emosional tərzdə cavab verərək deyib: “Mənim arzum odur ki, sizin arzularınız reallaşsın. Bu, mənim işim və məqsədimdir”.
Putinin bu cavabı zalda alqışlarla qarşılanıb.
Musavat.com
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ