İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cəbhədə Rusiyaya ciddi zərbələr endirilməsi gözlənilir"-şərh

"ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna danışıqları baş tutmadı. Kremlin sahibi Ağ Ev sahibinin Zelenski ilə görüş təklifini qəbul etmədi. Hətta Rusiya yenidən Zelenskinin legitimliyinin olmadığını qeyd etdi. Bununla da Putin və Zelenski arasında görüş mümkün görünmür".

Bu sözləri Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə deyib: "Tramp Ukraynanın müdafiədə deyil, hücumla qalib olacağını bildirib . Artıq Ağ Ev rəhbəri Putinin onu manipulyasiya etdiyinin şahidi oldu. Rusiya ilə danışıqlar mümkün görünmür. Sentyabrda Konqres işə başlayandan sonra Rusiyaya yeni sanksiyalar tətbiq edilə bilər. Həmçinin Ukraynaya hücum silahlarının verilməsi istisna deyil.

Alyaska görüşü və ondan sonraki Avropa liderləri ilə baş tutan görüş Ukrayna müharibəsində diplomatik danışıqların faydasız olduğunu büruzə verdi. Rusiya yalnız öz maraqları kontekstində məsələlərə yanaşaraq Ukraynanın maraqlarının nəzərə alınmayacağının mesajını verdi. Moskva da Qərbin sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsinin əleyhinədir.

Tramp və Avropa ölkələrinin Ukraynaya verəcəkləri yeni hücum silahları ilə cəbhədə Rusiyaya ciddi zərbələr endirilməsi gözlənilir".

 

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR